Baş verən insidentlə bağlı üç nəfər saxlanılıb - aralarında mer müavini və bələdiyyə sədri də var
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kaxetiya Polis Departamentinin əməkdaşları noyabrın 8-də Qvarelidə baş verən zorakılıq hadisəsi ilə əlaqədar 1985-ci il təvəllüdlü Nika Zautaşvili, 1982-ci il təvəllüdlü Givi Zautaşvili və 1981-ci il təvəllüdlü Levan Geladzeni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, hadisə məişət mübahisəsi zəminində baş verib. Araşdırma müəyyən edib ki, həmin gün Qvarelidə tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra münaqişə fiziki toqquşmaya çevrilib. Qarşıdurma zamanı Nika Zautaşvili küt alətlə Levan Geladzeyə üz nahiyəsindən xəsarət yetirib.
“Polis əməkdaşları hər üç şəxsi təqsirləndirilən qismində saxlayıb. Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi – zorakılıq faktı üzrə aparılır,” – deyə DİN-in məlumatında bildirilir.
Məlumata görə, Levan Geladze Qvareli Bələdiyyəsi başçısının müavinidir, Givi Zautaşvili isə Qvareli Bələdiyyə Məclisinin (Sakrebulo) sədridir. Nika Zautaşvili Givi Zautaşvilinin qardaşıdır.
Mediada yayılan məlumatlara əsasən, Levan Geladze və Givi Zautashvili “İliaoba” bayramı zamanı sözlü mübahisə edib, mübahisə isə əlbəyaxa davaya çevrilib.


