10 
Nybr
2025
16:12
463

Hərbi çağırış zamanı bu tələbləri yernə yetiməyənlərə cərimə tətbiq olunacaq

Gürcüstan hökumətinin təşəbbüsü ilə “Müdafiə Məcəlləsi” və “İnzibati Xətalar Məcəlləsinə” dəyişikliklər edilir.

InterPress.ge xəbər verir ki, yeni qaydalara əsasən, hərbi çağırışçı əgər tibbi müayinədən və ya əlavə tibbi prosedurlardan imtina edərsə, 1 000 lari məbləğində cərimə olunacaq.

“Müdafiə Məcəlləsinə” görə, çağırışçı çağırış komissiyasının və ya daimi fəaliyyət göstərən tibbi-ekspert komissiyasının müayinəsinə gəlmədiyi halda, məsələ məhkəməyə təqdim ediləcək.

Müdafiə Nazirliyinin məlumatına görə, son illərdə bəzi çağırışçılar komissiyaya gəldikdən sonra tibbi yoxlanışdan keçməkdən və ya əlavə müayinələrdən imtina edirlər.

Nazirliyin açıqlamasında bildirilir ki, yeni inzibati cərimə bu halların qarşısını almağa yönəlib və məqsəd çağırışçıların davamlı tibbi komissiyalarda tam müayinədən keçməsini təmin etməkdir.

Dəyişikliklər qüvvəyə mindikdən sonra, hərbi çağırışa gələn, lakin tibbi prosedurlardan yayınan şəxslər cərimə sanksiyasına məruz qalacaqlar.

Bizimlə əlaqə saxlayın