07 
Nybr
2025
13:42
919

Dmanisidə öldürüb öz evinin həyətində basdıran şəxs saxlanılıb

Gürcüstan Baş Prokurorluğu Dmanisidə baş vermiş qəsdən adam öldürmə faktı üzrə bir nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat verib. 

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs qisas motivi ilə hərəkət edərək zərərçəkəni üz nahiyəsinə dəfələrlə zərbə endirib və onu dəmir pilləkəndən atıb. Aldığı ağır bədən xəsarətləri nəticəsində zərərçəkən hadisə yerində dünyasını dəyişib. Daha sonra təqsirləndirilən şəxs meyiti öz evinin həyətində basdırıb.

Məlumatda qeyd olunur ki, zərərçəkənin itirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat 2025-ci il noyabrın 5-də daxil olub, həmin gün polis şübhəli şəxsi saxlayıb.

Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adam öldürmə – üzrə ittiham irəli sürülüb. Bu maddə ilə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın