05 
Nybr
2025
10:37
157

“Gürcüstan Dəmir Yolu”nun əməkdaşı kommersiya rüşvəti ittihamı ilə saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Prokurorluqla birgə həyata keçirdiyi əməliyyat nəticəsində “Gürcüstan Dəmir Yolu” ASC-nin Xaraqauli rayonundakı Moliti–Marelisi növbəsinin rəisi A.G. kommersiya rüşvəti almaqda şübhəli bilinərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. 

İstintaq orqanının məlumatına görə, A.G. bir vətəndaşa şirkətə məxsus rels dayaqlarını (şpalları) satmağı vəd edib, bunun müqabilində isə ondan pul tələb edərək alıb. Əməliyyat zamanı o, rüşvət alarkən yaxalanıb.

Hadisə ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Bu maddə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti bəyan edib ki, qurum maliyyə-iqtisadi sahədə korrupsiyaya və cinayətlərə qarşı sərt cinayət siyasətini davam etdirir.

Bizimlə əlaqə saxlayın