73 yaşlı kişi yetkinlik yaşına çatmayan qızı zorladığı iddiası ilə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Kaspi rayon şöbəsinin əməkdaşları 1952-ci il təvəllüdlü M.N.-i azyaşlını zorladığı ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, istintaq çərçivəsində müəyyən olunub ki, şübhəli şəxs zor tətbiq etməklə öz kəndindən olan yetkinlik yaşına çatmayan qızı zorlayıb.
M.N. Kaspi bələdiyyəsinin kəndlərindən birində, yaşadığı evdə saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi – “zorakılıqla cinsi əlaqə” (zorlama) üzrə istintaq aparılır.
Qanunvericiliyə əsasən, bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.


