23 
Fev
2020
09:58
897

Amiran Qamkrelidze: "Çindən gələn 34 Gürcüstan vətəndaşı sağlamdır"

"Çindən xüsusi aviareys ilə gələn 34 Gürcüstan vətəndaşı sağlamdır, ancaq onlar iki həftə ərzində müşahidə altında olacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun dediyinə görə, Çindən müxtəlif səbəblərlə gələ bilməyən Gürcüstan vətəndaşlarının öz vətənlərinə qaytarılması Gürcüstanın Xarici İşlər Nazirliyi və Gürcüstanın Çindəki Səfirliyinin təşəbbüsü ilə baş tutdu.

“Bu gün səhər onları epidemioloqlar briqadası qarşıladı. Onlar termoskriniqdən keçdilər, ancaq hər ehtimala qarşı, müvəqqəti olaraq, Saçxerenin Tibb Mərkəzinin Mehmanxana bölməsində, karantində, yəni, izolyasiyada olacaqlar. Onlar iki həftə ərzində, klinik və epidemiologiya monitorinqindən keçəcəklər. Hal-hazırda, onlar sağlamdırlar” – dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın