1–2 noyabr 2025-ci il tarixlərində Tbilisidə keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında “Tea House” klubunun yeniyetmə şahmatçılardan ibarət komandası 5 nəfərlə iştirak edib.
Yarışda komandanın üzvləri Əli Əliyev və Ayhan Əsgərov hər biri 5 xal toplayaraq II və III yerləri bölüşüblər və bununla da II dərəcə normasını yerinə yetiriblər.
Digər iştirakçı Onur Əsgərov isə 5 xal toplayaraq IV dərəcəni müvəffəqiyyətlə başa vurub və III dərəcəyə vəsiqə qazanıb. O, ümumi nəticədə IV yeri tutub.
Yeniyetmə şahmatçılar yarışda Qasım Əliyevin məşqçiliyi altında çıxış ediblər.


