02 
Nybr
2025
10:58
273

Tbilisi meriyasında çalışan vəzifəli şəxs 16 000 dollar məbləğində dələduzluğa cəhd etdiyinə görə saxlanılıb

Tbilisi meriyasının İnseksiya, Əmək Təhlükəsizliyinin Təşkili və İdarəolunması Şöbəsinin baş mütəxəssisi M.G. dələduzluq etməyə cəhd göstərdiyi üçün saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.

İstintaqın gedişində müəyyən edilib ki:

M.G. vətəndaşa Tbilisi şəhər meriyasına məxsus 1000 kvadratmetr sahəsi olan torpaq sahəsini onun adına rəsmiləşdirəcəyinə söz verib;

Bu işin görülməsi müqabilində vətəndaşdan 16 000 ABŞ dolları tələb edib və pulu qəbul etdiyi anda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 19 və 180-ci maddəsinin 3-cü bəndi üzrə (qabaqcadan təyin olunmuş məbləğdə dələduzluğa cəhd) açılıb. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Rəsmi məlumata əsasən, iş üzrə istintaq davam edir və hüquq-mühafizə orqanları hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən olunması istiqamətində araşdırmalar aparır.

Bizimlə əlaqə saxlayın