29 
Okt
2025
11:28
275

Böyük miqdarda narkotik dövriyyəsinə görə 2 nəfər saxlanılıb - SƏS

Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olan qrup şəklində xüsusilə böyük miqdarda narkotik maddənin əldə edilməsi, saxlanması və satışına yardım etməkdə şübhəli bilinən iki nəfəri — 1999-cu il təvəllüdlü S.K.-ni və 2000-ci il təvəllüdlü İ.M.-i saxlayıblar.

InterPress.ge xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polisin məlumatında qeyd olunur ki, saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və idarə etdikləri avtomobillərdə aparılmış axtarış zamanı satış üçün hazırlanmış narkotik maddə “alfa-PVP” aşkar edilərək götürülüb.

Bundan əlavə, istintaq tədbirləri zamanı narkotik qablaşdırılması üçün istifadə edilən materiallar — yapışqan lentlər, elektron tərəzilər, həmçinin mobil telefondron müsadirə edilib. Dron vasitəsilə şübhəlilər narkotik maddələrin yerləşdirilməsi üçün öncədən ərazi seçirmişlər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi, 3-cü hissəsinin “a” bəndi, eləcə də 260⁴-cü maddənin 5-ci hissəsinin “b” bəndi6-cı hissəsinin “a” bəndi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər