Fransalı Avropa Parlamenti üzvü Natali Luazo bildirib ki, Gürcüstan xalqı ötənilki parlament seçkilərindən sonra hər gün dinc nümayişlər keçirir.
InterPress.ge xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Düz bir il əvvəl mən Gürcüstandakı parlament seçkilərini müşahidə edirdim. Gördüm ki, hakim partiya xalqın səsini oğurladı. O vaxtdan bəri, bütün repressiyalara baxmayaraq, gürcülər hər gün dinc etiraz aksiyaları keçirirlər,” – deyə Natali Luazo sosial şəbəkə X platformasında yazıb.
