21 
Okt
2025
09:35
281

Tbilisi Məhkəməsi “Formula” telekanalının jurnalistinə inzibati həbs cəzası verib

Tbilisi Şəhər Məhkəməsi “Formula” telekanalının jurnalisti Keta Çiçkişvilini inzibati hüquq pozuntusu törətməkdə təqsirli bilib.

InterPress.ge xəbər verir ki, hakim Koba Çaqunavanın qərarına əsasən, jurnalistə 5 günlük inzibati həbs cəzası təyin edilib.

Daxili İşlər Nazirliyi (DİN) jurnalisti yolun bağlanmasında ittiham edib. Nazirliyin nümayəndəsi məhkəmədən ən sərt cəzanın — inzibati həbsin tətbiqini tələb edib və bildirib ki, şifahi xəbərdarlıq bu halda kifayət etmir.

DİN nümayəndəsinin sözlərinə görə, məhkəmə Çiçkişvilinin azyaşlı uşağının olmasına baxmayaraq, onun həbsinə qanuni şəkildə qərar verə bilər, çünki jurnalistin övladı 3 oktyabrda 12 yaşını tamamlayıb və mövcud qanunvericiliyə əsasən, bu halda valideynin inzibati qaydada həbsi mümkündür.

Jurnalist Keta Çiçkişvili bu arqumentlərə emosional şəkildə cavab verib:

“Əslində heç nə demək istəmirdim, amma bu xanım uşağımı o qədər dəfə xatırlatdı ki, demək istəyirəm – mən orada məhz övladım üçün dayanmışdım. Bilmirəm, sənin uşağın var, ya yox, amma mən orada sənin övladın üçün də dayanmışam,” – deyə o, DİN nümayəndəsinə müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər