19 
Okt
2025
11:48
310

Tbilisidə keçmiş məhkum qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb

Tbilisi Polis Departamentinin Didube–Çuğuret əsas idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və zorakılıq ittihamı ilə məsuliyyətə cəlb olunub.

Nazirliyin açıqlamasında bildirilir ki, bu cinayətlər 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il 22 avqustda Tbilisidə, keçmişdə mövcud olan münaqişə zəminində, soyuq silahdan istifadə edərək 1988-ci il təvəllüdlü G.E.-yə çoxsaylı bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.

2025-ci il 22 sentyabr tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə N.B. barəsində axtarış elan olunub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.B. Tbilisidə saxlanılıb.

Hazırda saxlanılan şəxs penitensiar müəssisəyə köçürülüb,” – məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər