Kvemo Kartlidə başqasının şəxsi həyatını əks etdirən videogörüntüləri yayan şəxs saxlanıldı
Kvemo Kartli dairə prokurorluğunun apardığı istintaq nəticəsində iki nəfər şəxsi həyata dair məlumatların qanunsuz əldə olunması və yayılmasına görə tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən biri zərərçəkmişə məxsus şəxsi həyatını əks etdirən videomaterialı qanunsuz şəkildə əldə edərək yayıb, digəri isə həmin videonu qanunsuz olaraq saxlayıb.
Prokurorluq əməkdaşları hər iki şəxsi oktyabrın 18-də saxlayıblar.
Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin birinci hissəsi ilə (şəxsi həyata dair məlumatların qanunsuz əldə edilməsi, saxlanılması, istifadəsi, yayılması və ya əlçatan edilməsinin başqa forması) ittiham irəli sürülüb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq yaxın günlərdə məhkəməyə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim edəcək.
Cinayət işi üzrə istintaq davam etdirilir.


