14 
Okt
2025
11:01
749

Marneulidə qanlı hadisə: Bir nəfər saxlanıldı

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində adam öldürməyə cəhd ittihamı ilə 1996-cı il təvəllüdlü M.Ş. adlı şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasına əsasən, cinayət əməli 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, M.Ş. Marneulidə yerləşən bir restoranda baş vermiş mübahisə zəminində 1999-cu il təvəllüdlü M.O.-ya iti alətlə müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Yaralı kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Polis şübhəlini hadisədən qısa müddət sonra isti izlərlə saxlayıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da qəsdən adam öldürməyə cəhd əməlini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın