“İmedi” telekanalının efirinin dayanması ilə bağlı istintaq başladılıb
“İmedi” telekanalının müraciəti əsasında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi ilə istintaqa başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamaya görə, kanalın yayımı saat 17:48-də dayanıb və təxminən 45 dəqiqə ərzində efirə çıxmaq mümkün olmayıb. DTX-nin məlumatında qeyd olunur ki, “İmedi” ilə yanaşı, həmin media holdinqinə daxil olan daha iki kanal – “Maestro” və “GDS” – da eyni vaxtda yayımı dayandırıb. Hazırda hadisə ilə bağlı istintaq və əməliyyat tədbirləri aparılır.
Hadisədən əvvəl “İmedi” telekanalı bəyanat yayaraq bildirib ki, yayım “naməlum səbəbdən və gözlənilmədən” dayandırılıb. Kanal rəhbərliyi istisna etmir ki, baş verən hadisə “telekanala qarşı yönəlmiş mümkün cinayət xarakterli hücumla” bağlı ola bilər.


