13 
Okt
2025
11:28
375

Ərzaqların ən bahalı/ucuz olduğu 5 ölkə - Gürcüstan hansı yerdədir?

2025-ci ilin ilk yarısına olan Numbeo statistikasına əsasən, Gürcüstan ərzaq qiymətləri baxımından dünya üzrə 112-ci yeri tutur.

InterPress.ge xəbər verir ki, reytinq 143 ölkəni əhatə edir.

Region ölkələri arasında ən bahalı ərzaq məhsulları Türkiyədədir, bu ölkə 83-cü pillədə qərarlaşıb. Ən ucuz ərzaq qiymətləri isə Azərbaycandadır – ölkə 123-cü yeri tutur.

Türkiyədən sonra ərzaq bahalığı baxımından Ermənistan 93-cü, Rusiya 94-cü, Gürcüstan isə 112-ci yerdədir.

Dünyada ərzaq ən bahalı olan 5 ölkə:

• Kayman adaları

• İsveçrə

• İslandiya

• Baham adaları

• Norveç

Ərzaq ən ucuz olan 5 ölkə:

• Əfqanıstan

• Pakistan

• İran

• Misir

• Liviya

Qeyd edək ki, Numbeo-nun ərzaq indeksi dünyanın müxtəlif ölkələrində əsas qida məhsullarının qiymətlərinin nə dərəcədə bahalı və ya ucuz olduğunu göstərir.

 

Bizimlə əlaqə saxlayın