11 
Okt
2025
13:47
297

İnterpol tərəfindən axtarışda olan xarici vətəndaş saxlanılıb

Batumidə İnterpolun “qırmızı xətt” (red notice) axtarışı ilə beynəlxalq səviyyədə axtarılan Özbəkistan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 1979-cu il təvəllüdlü S.J. adlı şəxs Özbəkistan Respublikası tərəfindən kommersiya dələduzluğu və oğurluq ittihamı ilə axtarışda olub.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi və Baş Prokurorluqla birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində həmin şəxs Batumidə saxlanılıb.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulan sadələşdirilmiş ekstradisiya prosedurları həyata keçirilir.

Bizimlə əlaqə saxlayın