10 
Okt
2025
17:21
464

Azyaşlı qız ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb

Xobi bələdiyyəsinin kəndlərindən birində azyaşlı qız ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Hadisə barədə yayılan məlumata görə, yeniyetmələr nənələrinin ad günü mərasimində olarkən, 16 yaşlı oğlanın əlindəki ov tüfəngi təsadüfən açılıb. Nəticədə qızın yuxarı ətrafına, sinəsinə və baş nahiyəsinə xəsarət dəyib.

Yaralı qız əvvəlcə Foti xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, müvafiq profilli klinikaya köçürülüb. Yaxınlarının sözlərinə görə, azyaşlının vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə aparılır. Həmin maddə sağlamlığa ehtiyatsızlıqdan ağır və ya az ağır zərər vurmanı nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın