Tbilisidə polşalı turistlərə qarşı zorakılıq işi ilə bağlı daha bir şəxs saxlanılıb
Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları Polşa vətəndaşlarına qarşı törədilmiş zorakılıq faktı üzrə aparılan istintaq çərçevəsində daha bir şəxsi – 2005-ci il təvəllüdlü A.K.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, bu iş üzrə daha əvvəl 2004-cü il təvəllüdlü S.J. və əvvəllər müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü E.G. də isti izlərlə saxlanılmışdılar.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər Tbilisidəki bir restoranın yaxınlığında mübahisə zəminində Polşanın üç vətəndaşına müxtəlif bədən xəsarətləri yetiriblər. Qarşıdurma zamanı E.G. zərərçəkənlərə bərk cisimlə fiziki zor tətbiq edib.
Hazırda istintaq intensiv qaydada davam edir və bütün zəruri prosessual tədbirlər həyata keçirilir.
Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim hissəsi (iki və ya daha çox şəxsə qarşı zorakılıq) ilə araşdırılır.


