10 
Okt
2025
11:03
1025

Tbilisidə bıçaqlanma hadisəsi – Bir nəfər şəxs saxlanılıb

Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə 2004-cü il təvəllüdlü A.G.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasında bildirilir ki, sözügedən cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Tbilisidə, Veri parkının yaxınlığında baş verən mübahisə zamanı 2004-cü il təvəllüdlü G.V.-yə və 2006-cı il təvəllüdlü S.V.-yə bıçaqla boğaz və kürək nahiyələrindən xəsarətlər yetirib. Hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Yaralılar dərhal xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Hazırda iş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə davam edir,” – məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər