10 
Okt
2025
10:42
294

Bu gün parlament qarşısında həkimlər etiraz aksiyası keçirəcək

Bu gün Gürcüstan parlamentinin qarşısında həkimlərin etiraz aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, aksiyanın məqsədi, həkim və akademik Giorgi Çaxunaşviliyə həmrəylik göstərməkdir, hansı ki, polis tərəfindən 4 oktyabrda Tbilisidə baş verən hadisələrlə əlaqədar saxlanıldığı ehtimal olunur.

Etiraz aksiyası saat 20:00-da qanunverici orqanın binası qarşısında başlanacaq.

Hadisə ilə bağlı həkim Giorgi Axobadze də açıqlama verib. O, həmkarlarına müraciət edərək ağ xalatlarını geyinməyə və birliyini nümayiş etdirməyə çağırıb.

“Həbsdə olduğum vaxt ən çox görmək istədiyim mənzərə çoxlu ağ xalatlı həkimin küçəyə çıxması idi. Bilirdim ki, bu baş verməyəcək. Amma istəyirəm yanılım – gəlin cəhd edək və göstərək, nəyə qadirik!

10 oktyabr saat 20:00-da hamınız ağ xalatlarınızı geyinin və göstərək ki, biz nələrə qadiriq!” – deyə Giorgi Axobadze bildirib.

Bizimlə əlaqə saxlayın