Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 4 oktyabrda Tbilisidə baş verən hadisələrlə əlaqədar daha bir şəxsi – 1987-ci il təvəllüdlü A.S.-i saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, bu günə olan vəziyyətə əsasən, ümumilikdə 45 nəfər saxlanılıb.
“Daxili İşlər Nazirliyinin əməkdaşları 4 oktyabrda Tbilisidə baş verən hadisələrlə əlaqədar daha bir şəxsi – 1987-ci il təvəllüdlü A.S.-i saxlayıblar. Hazırda ümumilikdə 45 nəfər saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri üzrə davam etdirilir,” – məlumatda qeyd olunur.
.jpg)