4 oktyabr hadisələri ilə bağlı daha bir şəxs saxlanıldı – ümumilikdə 36 nəfər həbsdədir
Tbilisidə 4 oktyabrda baş verən hadisələrlə bağlı aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanları daha bir nəfəri – G.K.-nı saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, mərkəzi kriminal polis idarəsi hadisə ilə əlaqədar araşdırmaları davam etdirir və digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri aparılır.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 317-ci (dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə cəhd), 222-ci (ictimai təhlükəsizliyə qarşı cinayətlər), 225-ci (kütləvi iğtişaşların təşkili və onlarda iştirak) və 187-ci (əmlaka zərər vurma) maddələri ilə aparılır,” – deyə DİN-in məlumatında bildirilir.
Beləliklə, 4 oktyabr hadisələri ilə bağlı ümumilikdə 36 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi qeyd edir ki, istintaq prosesi davam edir və yeni saxlanılmaların istisna olunmadığını bəyan edib.


