09 
Okt
2025
09:58
287

Tbilisidə yeni stadionun tikintisi üzrə tenderdə gürcü, azərbaycanlı və türk şirkətləri iştirak edir

Tbilisinin hava limanı yaxınlığında inşa ediləcək yeni futbol stadionunun tikintisi ilə bağlı Bələdiyyə İnkişaf Fondunun elan etdiyi elektron tenderin təklif qəbul mərhələsi başa çatıb.

Sənədlərə əsasən, tender artıq seçim və qiymətləndirmə mərhələsinə keçib. Hazırkı məlumata görə, müsabiqəyə üç şirkət təklif təqdim edib:

Gürcüstan şirkəti “Anagi” – 850 milyon lari,

Azərbaycan şirkəti JV MAQRO–INSHAATCHI 3 – 789,42 milyon lari,

Türkiyə şirkəti YDA İnşaat Sanayi ve Ticaret A.Ş. – 744,93 milyon lari təklifi ilə.

Xatırladaq ki, UEFA-nın IV kateqoriyasına uyğun, 70 min tamaşaçı tutumlu stadionun layihələndirilməsi və tikintisi üzrə tender 15 avqustda elan edilmişdi. Təkliflərin qəbulu 25 sentyabrda başlanmış və 29 sentyabrda başa çatmışdır.

Sənədlərdə göstərilənə görə, layihənin ümumi dəyəri 876 milyon lari olaraq müəyyən edilib. Qalib şirkət işləri 51 ay ərzində tamamlamalıdır — bunlardan 15 ay layihələndirməyə, qalan 36 ay isə stadionun tikintisi və istismara verilməsinə ayrılacaq.

Yeni stadionun tikintisi Gürcüstanın idman infrastrukturunda ən iri layihələrdən biri hesab olunur və onun beynəlxalq turnirlərin keçirilməsi üçün nəzərdə tutulduğu bildirilir.

Bizimlə əlaqə saxlayın