07 
Okt
2025
09:53
184

Daxili İşlər Nazirliyi 4 oktyabr hadisələri ilə bağlı 13 nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə 4 oktyabr tarixində baş verən hadisələrlə əlaqədar 13 nəfərin saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Darağvelidze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı ümumilikdə 15 nəfər müəyyən edilib, onlardan 13-ü artıq məhkəmə qərarı əsasında həbs olunub, iki nəfər isə hələlik gizlənir.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti tərəfindən 4 oktyabrda Tbilisidə baş vermiş cinayət xarakterli hadisələrlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri üzrə aparılır.

İlkin mərhələdə cinayətdə iştirak etmiş 15 nəfər müəyyən edilib. Məhkəmənin qərarına əsasən, artıq 13 nəfər – T.M., A.N., D.J., B.M., A.Q., E.Ş., G.R., V.F., D.S., M.M., A.X., K.M. və S.M. saxlanılıb.

Hazırda iki nəfər gizlənməkdədir və onların yerinin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir.

Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətdə iştirak edən digər şəxslərin də müəyyən olunması və məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətlərini davam etdirirlər,” – deyə Aleksandre Darağvelidze bildirib.

Bizimlə əlaqə saxlayın