06 
Okt
2025
22:28
927

Marneulidə küçələr mərhələli şəkildə 11-13 günlük bağlanacaq - BƏYANAT

Marneuli bələdiyyəsinin yaydığı məlumata görə, şəhərin mərkəzi Rustaveli küçəsində su təchizatı sisteminin reabilitasiya (yenidənqurma) işlərinə start verilir.

InterPress.ge xəbər verir ki, layihə çərçivəsində küçənin müəyyən hissələri mərhələli şəkildə bağlanacaq.

Marneuli meriyasının açıqlamasına əsasən, yolun bağlanması aşağıdakı zonalar və tarixlər üzrə həyata keçiriləcək:

Zona 1: Samed Vurquni dairəsindən Mazniaşvili küçəsinin dönəcəyinədək

7 oktyabr – 21 oktyabr (13 gün)

Zona 2: Mazniaşvili küçəsinin dönəcəyindən Qamsaxurdia küçəsinin dönəcəyinədək

22 oktyabr – 3 noyabr (11 gün)

Zona 3: Qamsaxurdia küçəsinin dönəcəyindən Rustaveli körpüsünədək

4 noyabr – 16 noyabr (12 gün)

Zona 4: Rustaveli körpüsündən Ədliyyə Evinədək

17 noyabr – 30 noyabr (11 gün)

Yenidənqurma işləri “Çayna Geo-Engineering Corporation” şirkəti tərəfindən, “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” və Asiya İnkişaf Bankının sifarişi ilə həyata keçiriləcək.

Marneuli bələdiyyəsi yaranacaq müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyib və vətəndaşları işlər bitənədək səbirli olmağa çağırıb.

Bizimlə əlaqə saxlayın