Qlobal bazarlarda qızılın qiyməti yeni rekorda çatdı
Qlobal bazarlarda qızılın qiyməti tarixdə ilk dəfə olaraq yeni rekorda yüksəlib.
InterPress.ge xəbər verir ki, son ticarət sessiyalarının nəticələrinə əsasən, birjalar üzrə 1 unsiya qızılın qiyməti 3 887 ABŞ dollarına çatıb.
Son bir ay ərzində qiymət artımı 8,3%, son bir ildə isə 45% təşkil edib.
Trading Economics platformasının məlumatına görə, qızılın bahalaşmasına əsas səbəblərdən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltmaq qərarı və ilin sonuna qədər daha 25 baza bəndi azaldılacağı gözləntisidir.
Bundan əlavə, qiymətli metalın dəyərinin artmasına təsir edən digər mühüm amil beynəlxalq geosiyasi gərginliyin artmasıdır. Bu vəziyyətdə investorlar kapital qoyuluşu üçün daha təhlükəsiz vasitə kimi qızıla üstünlük verirlər.
Beləliklə, həm monetar siyasətdə yumşalma, həm də siyasi risklərin artması fonunda qızıl yenidən “təhlükəsiz liman” rolunu gücləndirib.


