06 
Okt
2025
11:06
217

Polis zabitinin bıçaqlanması ilə bağlı bir nəfər saxlanılıb

Tbilisidə polis əməkdaşının bıçaqlanması faktı üzrə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları 1991-ci il təvəllüdlü M.G.-ni vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşının sağlamlığına qəsd etməkdə ittiham edərək saxlayıblar.

İstintaqın gedişində müəyyən olunub ki, hadisə Tbilisinin Ketevan Dədoqli prospektində baş verib. İttiham olunan şəxs xidməti vəzifəsini yerinə yetirən patrul inspektoru, polis kapitanı 1993-cü il təvəllüdlü B.B.-ni soyuq silahla – bıçaqla boğaz nahiyəsindən yaralayıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir. Onun həyatına təhlükə yoxdur.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prim maddəsinin ikinci hissəsi ilə aparılır. Bu maddə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Polis M.G.-ni hadisə yerində, isti izlərlə saxlayıb. Cinayətin törədilməsində istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.

Bizimlə əlaqə saxlayın