Tbilisinin Nəvtulluğ küçəsində 3 nəfərin meyiti tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə IPN məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, ölənlər bir ailənin üzvləridir - valideynlər və uşaqdır.
Məlumata görə, ölümə səbəb onların yaşayış binasının hündür mərtəbəsindən yıxılması olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, digər versiyalar üzrə araşdırma aparılsa da, hazırda intihar versiyasına baxılır.
