MSK-nın sözçüsü Natia İoselianinin sözlərinə görə, saat 12:00-a olan məlumata görə, ölkə üzrə seçki məntəqələrinə 602 445 nəfər gəlib ki, bu da seçicilərin 17,15%-ni təşkil edir.
InterPress.ge xəbər verir ki, seçki məntəqələrində səsvermə prosesi sakit şəraitdə keçirilir.
"Saat 12:00-a olan məlumata görə, 602 445 seçici seçki məntəqələrinə gəlib. Ən yüksək fəallıq Raça-Leçxumi və Aşağı Svaneti bölgələrindədir.
Onu da sizə bildiririk ki, hazırda Dairə Seçki Komissiyalarına heç bir şikayət daxil olmayıb”, - Natia İoseliani bildirib.
