04 
Okt
2025
08:21
261

Bu gün Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçiriləcək

Bu gün, Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, vətəndaşlar saat 16:00-dan etibarən prospektdə toplaşacaqlar.

Bundan əlavə, tələbələrin etiraz yürüşü planlaşdırılıb. Yürüş saat 15:00-da Tbilisi Dövlət Universitetinin birinci korpusundan başlayacaq.

“Rustaveli prospekti” hərəkatının qurucusu Paatа Burçuladze sosial şəbəkədə vətəndaşlara müraciət edərək bir daha aksiyaya qoşulmağa çağırıb:

“Vətən naminə saat 16:00-da hamı Rustaveliyə!” – deyə o bildirib.

Xatırladaq ki, Rustaveli prospektində etiraz aksiyaları artıq 311 gündür davam edir. Aksiya iştirakçıları yeni seçkilərin təyin edilməsini və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın