03 
Okt
2025
15:43
247

Kobaxidze: AŞPA-nın qətnaməsi Avropa bürokratiyasının böhranını əks etdirir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnaməni Gürcüstan xalqına qarşı növbəti hücum kimi qiymətləndirib.

InterPress.ge  xəbər verir ki, hökumət başçısının sözlərinə görə, sənəd Avropa bürokratiyasında mövcud olan çətin vəziyyəti bir daha üzə çıxarır və real dəyərə malik deyil.

"Bu qətnamə Avropa bürokratiyasında yaranmış çətin vəziyyətin ifadəsidir. Onların arasında tənqidə tab gətirə bilməyən qeydlər də var. Bu, gürcü xalqına qarşı növbəti hücumdur və belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın