03 
Okt
2025
12:29
174

Kalandarişvili: Qanunsuz hərəkətlərə yol verilməməsi üçün DİN ilə sıx koordinasiyamız olacaq

Provokasiyalarla bağlı yayılan bəyanatlara baxmayaraq, seçkilərin təhlükəsiz və sakit şəraitdə keçirilməsi üçün MSK Daxili İşlər Nazirliyi ilə sıx koordinasiya və əməkdaşlıq həyata keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib.

Onun sözlərinə görə, MSK artıq bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyi ilə bu məqsədlə memorandum imzalayıb.

“Təəssüf ki, biz də bu tip bəyanatları [provokasiyalarla bağlı] eşidirik. Ancaq bildiyiniz kimi, qanunvericilik seçki məntəqəsinin içərisində və onun hüdudlarından kənarda müəyyən qaydaları, həmçinin qurumlar arasında səlahiyyət bölgüsünü müəyyən edir. Bu baxımdan, seçkilərin təhlükəsiz və sakit şəraitdə keçirilməsi məqsədilə biz bir neçə həftə öncə Daxili İşlər Nazirliyi ilə memorandum imzaladıq. Bizim sıx koordinasiyamız və əməkdaşlığımız olacaq ki, heç bir qanunsuz hərəkət baş verməsin – ən azı qabaqlayıcı tədbirlər görülsün, yaxud baş verəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş addımlar atılsın və seçkilərin sakit və təhlükəsiz şəraitdə keçirilməsinə heç bir təhlükə yaranmasın,” – deyə Kalandarişvili bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər