Seçkiqabağı kampaniya çərçivəsində Dmanisi şəhərində yekun görüş keçirilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı "Gürcü Arzusu"nun Dmanisi merliyinə namizədi Koba Muradaşvili açıqlama verib.
"Bugünkü görüşdə hiss olunan o emosiyanı, birliyi və dəstəyi sözlərlə ifadə etmək çətindir.
İştiraka və dəstəyinizə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm.
4 oktyabrda birlikdə qələbəmizi qeyd edəcəyik!", - deyə o bildirib.


