Oktyabrın 1-də Marneuli İmam Əli (ə) adına məsciddə İmam Həsən Əskəri (ə)-ın mövludu münasibətilə tədbir keçirilib.
Tədbirdə məscidin axundu və imam cümə Hacı Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və İmam Həsən Əskəri (ə)-ın İslam dünyasında tutduğu mühüm yerdən danışıb. Mərasimdə dini musiqilər səsləndirilib, dualar oxunub.
Mövlud mərasimi çərçivəsində, həmçinin Ərbəin ziyarətindən qayıdan zəvvarların qurbanları kəsilərək qonaqlara ehsan paylanıb.
İştirakçılar bu kimi tədbirlərin dini-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
