Suroqat analıq şirkəti vasitəsilə pulların mənimsənilməsi faktı – iki nəfərə qarşı ittiham irəli sürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları başqasına məxsus külli miqdarda vəsaitin mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıb, bir nəfərə isə qiyabi ittiham irəli sürüb.
InterPress.gr xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər “Kinderli Georgia” MMC adlı şirkət təsis ediblər. Şirkət bioloji valideynlərlə surroqat analar arasında vasitəçi kimi fəaliyyət göstərirdi. Müqavilə öhdəliklərinin icrası məqsədilə şirkət surroqat anaları axtarır və bioloji valideynlərin adından onlarla müqavilə bağlayırdı.
Lakin məlum olub ki, şirkətin adı ilə Çin Xalq Respublikasının vətəndaşlarından külli miqdarda pul cəlb olunub və bu vəsait təyinatı üzrə – surroqat anaların tibbi və gündəlik xərclərinə, mənzil kirayəsinə və müqavilə ilə nəzərdə tutulan ödənişlərin təminatına sərf edilməyib. Əksinə, pullar təqsirləndirilən şəxslər tərəfindən mənimsənilib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı A.M. saxlanılıb, 1976-cı il təvəllüdlü Ukrayna vətəndaşı R.T.-yə isə qiyabi ittiham irəli sürülüb.
Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, bu əməllərə görə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq davam edir.


