01 
Okt
2025
13:07
711

Ağır yol qəzası nəticəsində məktəbli həyatını itirdi

Gori bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlı həyatını itirib.

InterPress.ge xəbır verir ki, hadisə Saqaşeti kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib. Həlak olan şəxs Saqaşeti ictimai məktəbinin 11-ci sinif şagirdi olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı bəndi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın