30 
Sen
2025
20:00
313

Gürcüstan Universiteti barəsində yayılan ittihamlara aydınlıq gətirib

Gürcüstan Universiteti mətbuatda yayılan ittihamlara aydınlıq gətirib və hökumət medialarına xəbərdarlıq edib.

InterPress.ge xəbər verir ki, bu barədə universitetin rektoru Konstatine Topuria brifinq keçirib.

Onun sözlərinə görə, bütün bu ittihamlar tamamilə əsassızdır və bu ittihamları təsdiq edəcək heç bir fakt yoxdur.

"Bildiyiniz kimi, son vaxtlar Gürcüstan Universiteti və digər azad universitetlərə qarşı qarayaxma kampaniyası aparılır. Mən buna reaksiya verməyə hazırlaşmırdım. Bu yalan kampaniyası başa çatmadığından və konkret insanların adları hallandığından, həmçinin ictimai maraq yüksək olduğundan bu mövzuya şərh bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, haqqımızda səsləndirilən ittihamlar tamamilə yalan və absurddur. Bütün məsuliyyətimlə demək istəyirəm ki, bu ittihamları təsdiq edəcək heç bir sənəd, heç bir fakt və ya heç bir sübut yoxdur. Gürcüstan Universitetində təbliğatı təşviq edən və siyasi təsiri yayan heç bir mərkəz yoxdur, bununla bağlı heç bir dərs, heç bir tədbir olmur.

Gürcüstan Universitetinin hansısa formada aksiyaları maliyyələşdirməsi ilə bağlı yayılan məlumatlar yalandır. Universitetin "FARA" qanunu pozması yalandır. Biz artıq neçə ildir ki, maliyyə yardımı almırıq və təsdiqlənən maliyyələşdirmələrə rədd cavabı veririk. Gürcüstan Universiteti bölgədə aparıcı universitetdir. Maliyyə məsələlərindən başlayaraq təhsil prosesinə qədər hər şeyi şəffaf aparırıq. Biz liberal, humanist və milli dəyərləri paylaşırıq və İlia Çavçavazdenin yolu ilə gedirik. Biz Gürcüstanın maraqlarının, müstəqilliyinin və demokratiyasının keşiyində dururuq və Gürcüstan universitetinin təsisçisi İvane Cavaxişvilinin müəyyən etdiyi missiyanı yerinə yetiririk. Universitetimiz vicdanla və qanun çərçivəsində xidmət edir.

Universitet rektoru kimi tam məsuliyyətlə deyirəm ki, Gürcüstan Universiteti azad düşüncə, akademik azadlıq və keyfiyyətli tədrisi həyata keçirir. Biz pis düşüncəli heç bir siyasi qruplaşmanın administrasiyaya, professor-müəllimlərə və tələbələrə qarşı qarayaxma kampaniyasına icazə verməyəcəyik. Hökumət mətbuatını yalan məlumatlar yaymağı dayandırmağa, peşə etikasını qorumağa, özünə hörmət etməyə və paxıl siyası oyunların aləti olmamağa çağırırıq".

Bizimlə əlaqə saxlayın