Avstriyalı avroparlamentari: “Gürcü Arzusu artıq gürcü xalqı üçün kabusa çevrilib”
Avstriyalı avroparlamentar Helmut Brandştedter “Girçi – Daha çox Azadlıq” partiyasının üzvü Gela Xasaiyanın saxlanılmasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, “Gürcü Arzusu” hakimiyyəti azadlıqsevər gürcü xalqı üçün artıq əsl kabusa çevrilib.
“Azadlıq Gela Xasaiyaya! ‘Gürcü Arzusu’ indi azadlıqsevər gürcü xalqı üçün əsl kabusa çevrilib”, – deyə avroparlamentar X hesabında yazıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi Gela Xasaiyanı sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə saxlayıb. Nazirliyin açıqlamasına görə, Xasaiya ilə birlikdə daha bir nəfər də tutulub. İstintaq materiallarına əsasən, mübahisə zəminində 1975-ci il təvəllüdlü R.Ç.-yə müxtəlif bədən xəsarətləri yetirilib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.


