Bu dərmanlarla bağlı yeni qayda...
1 oktyabrdan xüsusi nəzarətə tabe olan dərman vasitələrinin, o cümlədən psixotrop preparatların topdansatışı yalnız dövlətin səlahiyyətində olacaq.
InterPress.ge xəbər verir ki, dəyişikliklərlə bağlı səhiyyə naziri Mixeil Sarcveladze klinikaların və apteklərin nümayəndələri ilə görüşüb və onlara yeni prosedurları təqdim edib.
Nazirin sözlərinə görə, bu dəyişiklik dərmanların məqsədsiz istifadəsi riskini minimuma endirəcək və dövlət prosesi ciddi şəkildə nəzarətdə saxlayacaq. O, həmçinin bildirib ki, dövlətin kommersiya marağı yoxdur və bu, topdansatış prosesində dərmanların qiymətinin sabitləşməsinə kömək edəcək. Nazir aptekləri də pərakəndə satışda bu prinsipi nəzərə almağa çağırıb.
Yeni qaydalar əsasında, xüsusi nəzarətə tabe dərmanların gətirilməsi və topdansatışı dövlət idarəçiliyində olan hüquqi şəxsə – “Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinə” həvalə edilib.
Sifariş etmək üçün tibb müəssisələri və apteklər elektron poçta – [email protected] müraciət edə biləcəklər. Bunun üçün xüsusi sifariş forması doldurulmalıdır, hansı ki, Mərkəzin rəsmi saytında yerləşdiriləcək.


