Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

“Siqaretə Nəzarət Alyansı”: Tütün sənayesinin hökumət işlərinə müdaxiləsi üzrə beynəlxalq indeksə görə Gürcüstan 76-cı yerdədir

293
“Siqaretə Nəzarət Alyansı”: Tütün sənayesinin hökumət işlərinə müdaxiləsi üzrə beynəlxalq indeksə görə Gürcüstan  76-cı yerdədir
Dinləmək üçün basın

Tütün Sənayesinin Hökumət Fəaliyyətinə Müdaxilə İndeksi (GTI Interference Index) üzrə Gürcüstan son illərdə 80 ölkə arasında 76-cı yerdə qərarlaşıb.

Tütün Sənayesinin Hökumət Fəaliyyətinə Müdaxilə İndeksi (GTI Interference Index) üzrə Gürcüstan son illərdə 80 ölkə arasında 76-cı yerdə qərarlaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Tütünə Nəzarət Alyansı” məlumat yayıb.

Alyansın açıqlamasında bildirilir ki, tütün sənayesi ölkədə hökumətin iqtisadi bloku və parlament tərəfindən güclü dəstəyə malikdir, nəticədə isə leqal lobbiçiliklə qeyri-qanuni fəaliyyət bir-birinə qarışır və siyasət sənayenin maraqları istiqamətində aparılır.

Məlumatda qeyd olunur ki, bu ilin sentyabrında Goridə keçirilmiş xüsusi əməliyyat indeksin nəticələrini daha da təsdiqlədi. Həmin əməliyyat zamanı qeyri-qanuni siqaret istehsalı zavodundan 2 176 341 lari dəyərində 323 851 qutu “Karelia” markalı siqaret müsadirə edilib. Qanunsuz istehsalla bağlı müdafiə nazirinin keçmişi Cuanşer Burçulaşvilinin ailə üzvləri və şəxsi mühafizəçiləri saxlanılıb.

Alyans hesab edir ki, bu əməliyyat yalnız “hidranın bir başının” kəsilməsi idi və problem tam miqyasda aradan qaldırılmayıb: “Bizdə güclü şübhə var ki, Gürcüstanda tütünün qeyri-qanuni istehsalı və satışını bütöv bir imperiya həyata keçirir və buna yüksək ranqlı məmurların himayədarlıq etməsi mümkündür”.

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda da sadə (standart) qablaşdırma qanununun tələbləri pozulur və mağazalara hələ də köhnə dizaynda siqaretlər daxil olur: “Bu, həm qanunun icrasına hörmətsizlikdir, həm də büdcəyə artıq ən azı 5 milyon lari zərər vurub”.

Bəyanata görə, Gürcüstan hələ də Tütün Məhsullarının Qeyri-qanuni Ticarətinin Aradan Qaldırılması üzrə Beynəlxalq Protokola qoşulmayıb. Alyans bunu da ölkədə “kölgə iqtisadiyyatına və kontrabanda şəbəkələrinə yüksək səviyyəli himayədarlığın göstəricisi” adlandırıb.

Tütünə Nəzarət Alyansı hökuməti təcili olaraq protokola qoşulmağa, sənaye ilə münasibətləri şəffaf mexanizmlərlə tənzimləməyə və qanunvericiliyin icrasına nəzarəti gücləndirməyə çağırıb.

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →