Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Moldovada seçkilərin ilkin nəticələri: “Fəaliyyət və Həmrəylik Partiyası” liderdir

528
Moldovada seçkilərin ilkin nəticələri: “Fəaliyyət və Həmrəylik Partiyası” liderdir
Dinləmək üçün basın

Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səslərin 99,78 faizinin sayılmasından sonra ölkənin hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) 50,14 faiz səs toplayaraq parlament seçkilərində liderlik…

Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səslərin 99,78 faizinin sayılmasından sonra ölkənin hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) 50,14 faiz səs toplayaraq parlament seçkilərində liderlik edir.

İkinci yerdə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi “Patriot Bloku” qərarlaşıb – 24,20 faiz.

Üçüncü yeri “Alternativa” seçki bloku tutub – 7,97 faiz. Onların ardınca “Bizim Partiya” 6,25 faizlə, beşinci yerdə isə “Şərəf və Həqiqət Platforması Partiyası” 5,62 faizlə qərarlaşıb.

Moldovalılar parlamentin 101 üzvünü dörd il müddətinə seçirlər.

MSK-nın məlumatına əsasən, seçkilərdə 1,6 milyondan çox seçici iştirak edib ki, bu da ümumi seçici sayının təxminən 52,17 faizini təşkil edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →