25 
Sen
2025
14:09
260

“Tbilisi Parking”in cərimələri ilə 8 ayda büdcəyə 9,2 milyon lari daxil olub

2025-ci ilin yanvar-avqust aylarında “Tbilisi Parking” əməkdaşlarının yazdığı cərimələrdən Gürcüstan büdcəsinə 9 212 418 lari daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Birləşmiş Büdcəsinin (konsolidasiyasız) gəlirlərində əks olunub.

Məlumatlara görə, ötən ilin eyni dövründə bu göstərici 11 836 042 lari təşkil edib. Yalnız bu ilin avqust ayında yazılan cərimələrdən büdcəyə 1,6 milyon lari köçürülüb.

Statistikaya əsasən, ümumiyyətlə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin həcmi də artıb. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında yol hərəkəti qaydalarının pozulmasına görə 157 246 637 lari toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm 151 273 708 lari idi.

Qeyd edək ki, 2022-ci ilin payızından etibarən parklanma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr artırılıb – əvvəlki 10 lari əvəzinə 50 lari müəyyən edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər