25 
Sen
2025
14:05
226

Kobaxidze: “Bütün addımlar, o cümlədən kadr dəyişiklikləri və islahatlar Gürcüstanın reytinqlərdə daha da irəliləməsinə xidmət edir”

"Hökumət tərəfindən həyata keçirilən bütün addımlar – kadr dəyişiklikləri və islahatlar – ölkənin beynəlxalq reytinqlərdə və indekslərdə mövqeyinin daha da möhkəmlənməsinə yönəlib."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu gün bütün namizəd ölkələri geridə qoyur və bəzi göstəricilərdə Avropa İttifaqının 7-8 üzv ölkəsini də qabaqlayır:

“Biz bütün namizəd ölkələri bütün parametrlər üzrə – iqtisadi, insan resursları, demokratiya və digər istiqamətlərdə – qabaqlayırıq. Avropa İttifaqının da 7-8 ölkəsindən öndəyik. Amma bununla kifayətlənməməliyik. Məqsədimiz odur ki, hər sahədə ilk üçlüyə, ilk beşliyə daxil olaq. Bütün addımlar, o cümlədən kadr dəyişiklikləri, islahatlar, məhz bu məqsədə xidmət edir – daha da irəli getmək, bütün reytinqlərdə və indekslərdə mövqeyimizi möhkəmlətmək,” – deyə baş nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər