23 
Sen
2025
15:04
204

İrakli Beraia NATO-da Gürcüstanın nümayəndəsi təyin olunub

İrakli Beraia NATO yanında Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, o, müxtəlif illərdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini və Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri olub.

İrakli Beraia uzun illər parlamentdə Müdafiə və Təhlükəsizlik Komitəsinin, həmçinin Xarici Əlaqələr Komitəsinin sədri, eləcə də NATO Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri vəzifələrini icra edib.

Bundan əlavə, o, müxtəlif dövrlərdə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli İnvestisiya Agentliyinin, eləcə də Daxili İşlər Nazirliyinin İslahatlar və İnkişaf Agentliyinin direktoru olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər