21 
Sen
2025
09:54
476

Gürcüstanda orta aylıq əməkhaqqı 10,3% artıb

2025-ci ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% və ya 207,1 lari artaraq 2 212 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Sakstat məlumat yayıb.

Hesabat dövründə qadınların orta aylıq maaşı 1 769,5 lari, kişilərin maaşı isə 2 655,8 lari olub. Maaş artımı qadınlarda 179,3 lari (11,3%), kişilərdə isə 242,3 lari (10%) təşkil edib. Qeyd olunur ki, demək olar, bütün sektorlar üzrə kişilərin maaşı qadınların maaşından yüksək olub.

Ən yüksək orta aylıq əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

İnformasiya və kommunikasiya – 4 176,5 lari;

Maliyyə və sığorta fəaliyyəti – 3 732,2 lari;

Tikinti – 3 467,7 lari;

Peşəkar, elmi və texniki fəaliyyət – 2 995,3 lari.

Ən aşağı maaşlar isə belə sahələrdə qeydə alınıb:

Təhsil – 1 367 lari;

Su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və çirklənmədən təmizləmə fəaliyyəti – 1 428 lari;

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 1 506 lari;

Mehmanxana və iaşə xidməti – 1 705 lari.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər