20 
Sen
2025
19:13
382

GAİM-də “Konstitusiya və Suverenlik ili” çərçivəsində bilik yarışı keçirilib

20 sentyabr 2025-ci il tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “Konstitusiya və Suverenlik ili” çərçivəsində bilik yarışı keçirilib.

InterPress.ge xəbər verir ki, yarışın açılışında GAİM-in icraçı direktoru iştirakçı komandaları salamlayıb, onlara qaydalar barədə məlumat verib.

Daha sonra ümumilikdə 7 komanda Konstitusiya, dövlət suverenliyi və milli dəyərlərlə bağlı biliklərini sınayıblar.

Yarışın nəticələrinə əsasən:

🥇 1-ci yer – Rustavi Təhsil və Mədəniyyət Mərkəzi ( Lalə Mehdiyeva, Sulxan Allazov, Tamilə Omarova, Xədicə Yusubova, Mahir Dərziyev)

🥈 2-ci yer – Qabal İnkişaf Mərkəzi ( Səbinə Nəbiyeva, Səma İmamquluyeva, Lamiyə İmaməliyeva, Rəhman Namazov, Sona Sultanova) 

🥉 3-cü yer – GAİM ( Simar Bayramov, Alihüseyn Mahmudov, Səhər Məmmədli, Nərminə Əliyeva, Amilə Ağayeva)

Yarışdan sonra programın ikinci hissəsinə start verilib. Tədbirin açılışını GAİM-in icraçı direktoru Murad Muradov edib. O, çıxışında qeyd edib ki, bu kimi layihələr gənclərin hüquqi biliklərinin artırılmasına və milli dəyərlərə bağlılığın güclənməsinə xidmət edir. Daha sonra söz Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Samir Abdurahimova verilib. O çıxış edərək iştirakçıları təbrik edib, belə təşəbbüslərin gənclərin maariflənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Tədbirdə həmçinin təhsil mərkəzlərinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər. Günün sonunda bütün iştirakçılar və qaliblər sertifikatlarla təltif olunublar.

🔹 Yarışda iştirak edən komandalar:

 • Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi 

 • İnkişaf və Təhsil Mərkəzi

 • Saral İnkişaf və Təhsil Mərkəzi

 • Qabal İnkişaf Mərkəzi

 • Rustavi Təhsil və Mədəniyyət Mərkəzi

 • Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi

 • Parlaq Gələcək Gənclər Mərkəzi

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər