20 
Sen
2025
13:30
304

Konstitusiya Məhkəməsi Gürcüstan Mülki Məcəlləsinin bəzi normalarını qismən anti-konstitusion hesab edib

2025-ci il sentyabrın 19-da Gürcüstan Konstitusiya Məhkəməsinin ikinci kollegiyası №1395 konstitusiya şikayətini (“Qiorqi Xorquashvili Gürcüstan Parlamentinə qarşı”) qismən təmin edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Konstitusiya Məhkəməsi yayıb.

Şikayət Gürcüstan Mülki Məcəlləsinin mirasçılıqla bağlı normalarına aiddir. Məcəllə qanuni varislərin siyahısını və ardıcıllığını müəyyənləşdirir, həmçinin varissiz əmlakın dövlətin və ya bəzi hallarda müxtəlif tipli qayğı müəssisələrinin mülkiyyətinə keçməsi qaydasını tənzimləyir.

Məhkəmə qərarına görə, ögey uşaqlar qanuni mirasçılar sırasına daxil edilmədiyi üçün onların hüquqlarının pozulması baş vermir. Eyni zamanda, məhkəmə qeyd edib ki, ögey uşağın varissiz əmlaka sahiblik etməsi mülkiyyət hüququnun yaranmasına əsas vermir və bu səbəbdən də Konstitusiyanın 19-cu maddəsinin pozuntusu mövcud deyil.

Bununla yanaşı, məhkəmə bərabərlik hüququ ilə bağlı iddianı əsaslı hesab edib. Qərara alınıb ki, Mülki Məcəllənin 1343-cü maddəsinin bəzi sözləri, hansı ki, varissiz əmlakın yalnız qayğı müəssisələrinə verilməsini nəzərdə tutur, amma eyni şəraitdə mərhuma qayğı göstərmiş digər şəxslərə (o cümlədən ögey uşağa) şamil edilmir, diskriminasiya xarakteri daşıyır və konstitusion prinsiplərə ziddir.

Məhkəmə qeyd edib ki, qanunverici bərabər şəxsləri bərabər şəkildə nəzərə almalıdır. Bu səbəbdən də həmin norma 2026-cı il 1 iyuladək qüvvədə qalacaq və parlamentdən Konstitusiyanın standartlarına uyğun dəyişikliklər tələb olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər