20 
Sen
2025
13:26
280

Batumidə güclü külək və yağış bir sıra problemlər yaradıb

Batumi sahilində güclü külək və yağış nəticəsində infrastruktur zədələnib. Park və skverlərdə ağaclar aşıb.

InterPress.ge xəbər verir ki, şəhər sakinlərinin verdiyi məlumata görə, bir neçə yerdə çoxillik ağaclar uşaq meydançalarının üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda Batumidə güclü külək və yağış davam edir. Sahilboyu ərazidə təmizlik işləri aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər