Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti: Gürcüstana səfərimdən çox şadam, ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir

297
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti: Gürcüstana səfərimdən çox şadam, ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir
Dinləmək üçün basın

"Hörmətli dost, cənab Baş nazir, mən Gürcüstana səfərimdən çox şadam. Ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir".

"Hörmətli dost, cənab Baş nazir, mən Gürcüstana səfərimdən çox şadam. Ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir".

InterPress.ge xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə hökumət administrasiyasında keçirilən görüşdə bildirib.

Onun dediyinə görə, Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sıx əlaqələr mövcuddur və gələcəkdə bunu ölkələr arasındakı əməkdaşlığın dərinləşməsi və bir çox layihələrin həyata keçirilməsi daha da təsdiqləyəcək.

“Hörmətli dost, cənab Baş nazir, Gürcüstana səfərimdən çox şadam. Əbu-Dabidəki görüşdən sonra sizinlə bir daha görüşməyimiz əməkdaşlığımızın davamının təsdiqidir. Fürsətdən istifadə edərək, ad gününüz münasibətilə sizi təbrik edirəm. Sizə uğurlar, xoşbəxt həyat, cansağlığı arzulayıram. Gürcüstanla Əmirliklər arasında sıx əlaqə mövcuddur. Gələcəkdə bunu əməkdaşlığımızın dərinləşməsi və daha bir çox layihənin həyata keçirilməsi təsdiqləyəcək. Xüsusilə ticarət, biznes, iqtisadiyyat, sənaye və enerji sahələrində və iki ölkə arasında prioritet olan sektorlarda. Ölkələrimiz arasında milyonlarla dollara çatan ticarət əlaqələrinin artmasını qeyd etmək istəyirəm. Bu əməkdaşlıq böyük həcmdədir və şübhəsiz ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq, xüsusən də nəqliyyat sahəsində davam edəcək. Əmirliklər müxtəlif investisiya şirkətləri tərəfindən həyata keçirilən müqavilələr əsasında tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Bu, Gürcüstan ilə Əmirliklər arasındakı münasibətləri gücləndirəcək. Ölkələrimiz sabitlik, sülh və insanlar arasındakı qarşılıqlı əlaqələr istiqamətində ortaq baxışa malikdir. Həmçinin, hər iki ölkə mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsində, ölkələrimizin inkişafının əsasını təşkil edən zəngin irsi bölüşməkdə iştirak edir. Bir daha təsdiq etmək istəyirəm ki, Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqaz regionu ölkələri arasında tərəfdaşlığı gücləndirəcək və sabitliyə, sülhə və ümumi maraqlara töhfə verəcək. Sülh iqtisadi inkişafın və güclənmənin əsas dayağıdır. Bir daha təşəkkür edirəm və Gürcüstana və gürcü xalqına sabitlik, inkişaf və uğurlar arzulayıram”, – Birləşmiş Ərəb Əmirliklərinin prezidenti bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →